27 mart 2026. Cümə

DÇ-2022: Belçika millisinin futbolçuları arasında növbəti insident


DÇ-2022: Belçika millisinin futbolçuları arasında növbəti insident

Qətərdə keçirilən dünya çempionatında Belçika millisinin futbolçuları arasında insident yaşanıb.

Corner.az-ın "LEquipe"ə istinadən məlumatına görə, bu, yığmanın iclasında baş verib.

Münaqişə Kevin De Bruyne, Eden Hazard və Yan Vertongen arasında olub. Sözügedən oyunçuları yığmanın digər üzvü Romelu Lukaku sakitləşdirə bilib.

Bundan əlavə, Belçika komandasında oyunçular arasında münasibətlərin yaxşı olmadığı da vurğulanıb. Belə ki, De Bruyne qapıçı Tibo Kurtua ilə, Hazard Leandro Trossardla danışmır. Lukanın isə Mişi Batşuayi ilə münasibətinin yaxşı olmadığı iddia olunub.

Qeyd edək ki, Belçika seçməsi F qrupunda 3 xalla üçüncü sıradadır. Komanda sonuncu - 3-cü turda Xorvatiya ilə üz-üzə gələcək. Daha əvvəl "qırmızı şeytanlar"ın Kanadaya 1:0 hesabı ilə qalib gəldiyi matçda Kevin De Brüyne və Tobi Alderveyreld arasında insident baş verib.







Dünya çempionatı