1 oktyabr 2026. Cümə axşamı

İran millisinin baş məşqçisi istefa verdi


İran millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə İran millisinin baş məşqçisi Karluş Keyroş istefa verib.

Corner.az-ın məlumatına görə, 69 yaşlı mütəxəssis qərarını şəxsi instaqram səhifəsində açıqlayıb.

"Futbolda mənəvi qələbələr yoxdur. Amma siz qələbə üçün istək və cəsarətlə vuruşmusunuzsa, arzularınıza çatmamaqda ayıb heç nə yoxdur. Sizinlə fəxr edirəm. Meydanda və kənarda əla idiniz. Bu futbol ailəsinin bir hissəsi olmaq mənim üçün şərəf idi. Əminəm ki, siz öz ölkənizin və futbol azarkeşlərinizin imicini yüksəltməklə tam hörmətə layiqsiniz", - deyə portuqaliyalı çalışdırıcı yazıb.

Qeyd edək ki, Karluş Keyroş bu ilin əvvəlində İran millisinin sükanı arxasına keçib. O, daha əvvəl 2011 - 2019-cu illərdə də Asiya təmsilçisinə rəhbərlik edib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər