22 oktyabr 2024. Çərşənbə axşamı

DÇ-2022: Avstraliya, Argentina və Polşa 1/8 finalda!


DÇ-2022: Avstraliya, Argentina və Polşa 1/8 finalda!

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun daha dörd oyunu keçirilib.

Corner.az xəbər verir ki, bu dəfə C və D qruplarında bütün suallara aydınlıq gəlib.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə qarşılaşıb. Səudiyyə Ərəbistanı yığması isə Meksikanın sınağa çəkib. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları vardı. Son turda Argentina və Meksika yığmaları qələbəyə sevinən tərəf olub. Bu qələbə ilə Argentina qrup qalibi olsa da, Meksika qrupdan çıxa bilməyib. Çünki bu komanda ilə eyni xala malik Polşa yığması daha yaxşı top fərqinə malik olduğu üçün, ikinci yerlə pley-offa məhz Avropa təmsilçisi yüksəlib.

D qrupunda pley-offu təmin edən Fransa Tunisi, Avstraliya isə Danimarkanı sınağa çəkib. Hər iki oyunun taleyini bir qol həll edib. Fransa Tunislə oyunda məğlubiyyətdən son anda qurtulsa da, matç bitəndən sonra Avropa təmsilçisinin qolu ləğv olunub. Avstraliya isə Danimarkanı məğlub edərək qrup ikincisi kimi pley-offa vəsiqəni təmin edib.

Xatırladaq ki, daha öncə Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.

Dünya çempionatı
30 noyabr

C qrupu

Polşa - Argentina 0:2
Qol: Aleksis Makallister, 46. Xulian Alvares, 68.
Matçın 38-ci dəqiqəsində L.Messi penaltidən yararlana bilməyib (qapıçı),
Baş hakim: Danni Makkeli (Niderland).
"Stadion 974"

Səudiyyə Ərəbistanı - Meksika 1:2 
Qol: Salem Əl-Davsari, 90+5 - Enri Martin, 47. Luis Çaves, 52.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Lusail" stadionu.

Xal: Argentina – 6. Polşa – 4. Meksika - 4. Səudiyyə Ərəbistanı – 3.

D qrupu

Avstraliya - Danimarka 1:0
Qol: Metyu Leki, 60.
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
"El-Janoub" stadionu.

Tunis - Fransa 1:0
Qol: Vahbi Xazri, 58.
Baş hakim: Metyu Konqer (Yeni Zellandiya)
"Edyukeyşn Siti" stadionu.

Xal: Fransa – 6. Avstraliya – 6. Tunis – 4. Danimarka – 1.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq