1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Şesni Messi ilə buna görə mərcə girib


DÇ-2022: Şesni Messi ilə buna görə mərcə girib

Polşa yığmasının qapıçısı Voyçex Şesni Argentina ilə oyunun ilk hissəsində təyin olunan penaltidən danışıb. Corner.az xəbər verir ki, 32 yaşlı qolkiper VAR komandası baş hakim Denni Makkeli monitora çağıranda argentinalıların kapitanına mərc təklif edib.

“Messiyə dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avro mərc edirəm. Buna görə də Messiyə uduzdum. Bəlkə də cərimə olunacam, amma mən Messiyə pul vermək fikrində deyiləm. Onun kifayət qədər pulu var” - deyə, qolkiper bildirib.

Xatırladaq ki, Polşanın əleyhinə penalti Şesni ilə Messinin cərimə meydançasında mübarizəsindən sonra təyin edilib. Nəticədə 11 metrlik cərimə zərbəsini Messi yerinə yetirib və Voyçex bu dueldən qalib ayrılıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər