1 oktyabr 2026. Cümə axşamı

Ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək - Fransa Futbol Federasiyası


Ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək - Fransa Futbol Federasiyası

Qətərdə keçirilən dünya çempionatının Tunislə qrup mərhələsinin 3-cü tur oyununda qolu ləğv olunan Fransa yığması bununla bağlı FIFA-ya rəsmi şikayət edəcək.

Corner.az-ın məlumatına görə, Avropa təmsilçisi 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qolu hesaba almayan yeni zelandiyalı baş hakim Mettyu Kongerin səhvə yol verdiyini iddia edir.

Fransızlar, qolu hesaba alan referinin görüş bitdikdən sonra VAR-a baxaraq oyundankənar vəziyyət qeydə almasını qaydalara zid olaraq düşünür. Bildirilib ki, VAR protokoluna əsasən, oyunun bərpasından sonra hakimin videotəkrar hüququndan istifadə etmək haqqı yoxdur.

Fransa Futbol Federasiyası görüş bitdikdən sonra 24 saat ərzində şikayət ünvanlaya bilər.

Qeyd edək ki, Fransa millisi məğlubiyyətə baxmayaraq, D qrupunu 6 xalla birinci pillədə başa vurub. “Üçrənglilər” 1/8 final mərhələsində dekabrın 4-də Polşa ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər