1 oktyabr 2026. Cümə axşamı

Dünya çempionatında şok istefa


Dünya çempionatında şok istefa
Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib. Corner.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında deyib.
 
O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna səbəb komandanın mundialdakı uğursuz çıxışı olub. Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.
 
Belçika millisi 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsindən çıxa bilməyib. Bu komandanın yer aldığı F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika 3-cü yeri tutub və qrupda qalıb.
 
Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmasıdır.
 
Martines 2016-cı ildən "qırmızı şeytanlar"a rəhbərlik edirdi.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər