- Dünya çempionatı
- 22:07 12.11.2024
Bu gün Qətərdə təşkil olunan dünya çempionatında daha 2 qrupda mübarizəyə yekun vurulub. Corner.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib.
F qrupunda Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkib. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması daha öncə dəqiqləşmişdi. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparırdı. Mərakeş yığması Kanada üzərində qələbə qazanaraq qrup lideri kimi pley-offa yüksəlib. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə edərək qrup ikincisi olub.
E qrupunda isə İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə münasibətlərinə aydınlıq gətirib. Bu qrupda hər bir ölkənin pley-off şansı vardı. Bu oyunlarda Yaponiya və Almaniya yığmalarının qələbəyə sevinən tərəf olub. Bu nəticələrdən sonra Yaponiya qrup birincisi, İspaniya isə ikinci yerlə mərhələ adlayıb. Almaniya yığması isə Kosta Rika ilə birgə qrupdan çıxa bilməyib.
Xatırladaq ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.
Dünya çempionatı
1 dekabr
E qrupu
Kosta Rika - Almaniya 2:4
Qol: Yeltsin Texeda, 58. Xuan Pablo Varqas, 70 - Serj Qnabri, 10. Kay Haverts, 73; 85. Niklas Fullkruq, 90+1.
Baş hakim: Stefanie Frappar (Fransa).
“Əl-Bayt” stadionu.
Yaponiya – İspaniya 2:1
Qol: Ritsu Doan, 48. Ao Tanaka, 51 - Alvaro Morata, 11.
Baş hakim: Viktor Qomes (CAR).
“Xəlifə” stadionu.
Xal: Yaponiya - 6. İspaniya - 4. Almaniya – 1. Kosta Rika - 3.
F qrupu
Kanada – Mərakeş 1:2
Qol: Nayef Aqerd, 40-öz qapısına – Hakim Ziyeş, 4. Yussuf En-Nesiri, 23.
Baş hakim: Rafael Klaus (Braziliya)
“Əl-Tumama” stadiionu.
Xorvatiya – Belçika 0:0
Entoni Teylor (İngiltərə).
“Əhməd bin Əli” stadionu.
Xal: Mərakeş - 7. Xorvatiya - 5. Belçika - 4. Kanada - 0