1 oktyabr 2026. Cümə axşamı

Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır


Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır
“Çox məyusam. Kosta-Rika ilə oyunda 16 şansımız oldu. Təəssüf ki, ilk hissədə yaxşı nəticə əldə edə bilmədik, baxmayaraq ki, 3-4 qol vurmalı idik. Bu, oyuna təsir edəcəkdi. Çox əsəbiləşdim və bu barədə komandaya dedim. Bəli, sonda qalib gəldik, amma daha yaxşı çıxış edə bilərdik”. Corner.az xəbər verir ki, bunu Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik deyib. 
  
“İspaniyanın Yaponiyaya məğlubiyyətinə nə deyə bilərəm? Mən heç vaxt başqa komandalara baxmıram. Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır. İspaniya uduzsa da, hər şeyə malik komandadır. Taktiki cəhətdən yaxşı hazırlaşıblar, topla davranışları əladırlar. Növbəti on ildə düzgün addımlar atmağımız son dərəcə vacibdir” – deyə, 57 yaşlı çalışdırıcı bildirib.

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin son turunda Kosta-Rikanı 4:2 hesabı ilə məğlub etsə də, 1/8 finala çıxa bilməyib. Buna səbəb III turda İspaniyanın Yaponiyaya uduzmasıdır (1:2). 






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər