4 fevral 2026. Çərşənbə

Enrike bu turniri qazana bilsə, çox sevinərəm


Enrike bu turniri qazana bilsə, çox sevinərəm
“Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin çalışdırıcısı Canni de Byazi DÇ-2022 barədə danışarkən deyib.
 
66 yaşlı mütəxəssis DÇ-2022-də sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu bildirib. İtaliyalı baş məşqçi, ispaniyalı həmkarı Luis Enrikenin titulu qazanmasını arzuladığını qeyd edib:
 
“Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm”.
 
Canni de Byazi İtaliya milli komandasının turnirdən kənarda qalmasına münasibət bildirib:
 
“İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır”.
 
E qrupunda 4 xalla ikinci yerdə qərarlaşan İspaniya millisi pley-off mərhələsində Mərakeşlə qarşılaşacaq.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı