4 fevral 2026. Çərşənbə

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!


DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla münasibətlərinə aydınlıq gətirib. Digər matçda isə İsveçrə seçməsi Serbiya ilə qarşılaşıb. İsveçrəlilər qələbə qazanacaqları təqdirdə, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqdılar. Beş qolluq bu matçda məhz İsveçrə yığması qələbə qazanıb. Braziliya ilə oyunda sürpriz qələbə qazanan Kamerun, həmçinin qrup sonuncusu olan Serbiya isə mübarizəni dayandırmalı olub.

H qrupunda isə minimum vəzifənin öhdəsindən gəlməyi bacaran Portuqaliya millisi Cənubi Koreya yığmasını sınağa çəkib. Görüşdə hesabı Portuqaliya yığması açsa da,  yekunda Cənubi Koreya millisi əzmkar qələbə qazanıb. Digər oyunda isə Qana yığması Uruqvayla üz-üzə gəlib. Afrika təmsilçisi qələbə qazanacağı halda 1/8 finala yüksələ bilərdi. Amma bu oyunda da Uruqvay yığması qələbəyə sevinən tərəf olub. Lakin top fərqində daha yaxşı göstəricilərə malik Cənubi Koreyası ikinci yerlə pley-offa yüksəlib. Nəticədə Uruqvayla Qana DÇ ilə vidalaşıb.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.

Dünya çempionatı
2 dekabr
G qrupu

Kamerun - Braziliya 1:0
Qol: Vensan Abubakar, 90+2.
Qırmızı vərəqə: Vensan Abubakar, 90+3 (ikinci sarı).
Baş hakim: İsmail Elfat (ABŞ).
"Lusail" stadionu.

Serbiya - İsveçrə 2:3
Qol: Aleksandr Mitroviç, 26. Duşan Vlahoviç, 35 – Cerdan Şakiri, 20. Bril Embolo, 44. Remo Froyler, 48.
Baş hakim: Fernando Rapallini (Argentina).
"Stadium 974".

Xal: Braziliya – 6. İsveçrə – 6. Kamerun – 4. Serbiya - 1.

H qrupu

Qana - Uruqvay 0:2
Qol: Corcian de Arraskaeta, 26; 32.
Matçın 26-cı dəqiqəsində Andre Ayyu penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Janoub" stadionu.

Cənubi Koreya - Portuqaliya 2:1
Qol: Kim Yunq Qvon, 27. Hvanq Hi-Çan, 90+1 - Rikardo Horta, 5.
Baş hakim: Fakundo Telyo (Argentina).
"Edyukeyşn Siti" stadionu.

Xal: Portuqaliya – 6. Cənubi Koreya – 4. Uruqvay - 4. Qana – 3.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı