27 iyul 2026. Bazar ertəsi

DÇ-2022: Niderland və Argentina 1/4 finalda!


DÇ-2022: Niderland və Argentina 1/4 finalda!

Bu gün Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında Niderland millisi ABŞ-la münasibətlərinə aydınlıq gətirib. "Xəlifə" stadionunda keçirilən oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edib. Dörd qolluq matçda Avropa təmsilçisi inamlı qələbə qazanıb. Nəticədə Niderland yığması ilk 1/4 finalçı olub.

Günün son matçında isə Argentina Avstraliya yığmasını sınağa çəkib. "Əhməd ibn-Əli" stadionunda baş tutan qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olub. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Argentina yığması olub.

Dünya çempionatı
1/8 final
3 dekabr

Niderland - ABŞ 3:1
Qol: Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dumfris, 81 - Haci Rayt, 76.
Baş hakim: Vilton Sampayo (Braziliya).
"Xəlifə" stadionu.

Argentina - Avstraliya 2:1
Qol: Lionel Messi, 35. Xulian Alvares, 57 - Entso Fernandes, 77-öz qapısına.
Baş hakim: Şimon Marçinyak (Polşa).
"Əhməd ibn-Əli" stadionu.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"