30 iyun 2026. Çərşənbə axşamı

Jiru və Mbappe üçün tarixi matç


Jiru və Mbappe üçün tarixi matç
Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyunu Fransa yığmasının hücumçuları Olivye Jiru və Kilian Mbappe üçün əlamətdar olub. Corner.az xəbər verir ki, sözügedən futbolçular Fransa millisinin tarixinə düşüb.
 
Jiru 44-cü dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Bununla da 36 yaşlı futbolçu millidə vurduğu qollarının sayını 52-yə çatdırıb. O, Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
 
Mbappe isə dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub. Bu matçda dubla imza atan forvard şəxsi göstəricisini yaxşılaşdırıb. Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb. Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.
 
Bununla da ulduz futbolçu Argentina millisinin kapitanı Lionel Messi ilə dünya çempionatlarındakı qol sayını bərabərləşdirib.
 
Fransa millisi 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"