4 fevral 2026. Çərşənbə

DÇ-2022: Fransa və İngiltərə 1/4 finalda!


DÇ-2022: Fransa və İngiltərə 1/4 finalda!

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçında Fransa Polşa ilə münasibətlərinə aydınlıq gətirib.

“Əl-Tumama” stadionundakı qarşılaşmanı FİFA referisi Xesus Valensuela idarə edib. Dörd qolluq matçda fransızlar inamlı qələbə qazanaraq 1/4 finala yüksəliblər.

Bu cütün qalibi 1/4 finalda İngiltərə - Seneqal oyununun güclüsünə rəqib olacaqdı. "Əl-Bayt" stadionunda keçirilən bu matçı Salvadordan olan FIFA referisi İvan Bartona idarə edib. Bu oyunda darmadağınla qalib ayrılan Avropa təmsilçisi olub.

Xatırladaq ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

Dünya çempionatı
4 dekabr

Fransa – Polşa 3:1
Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74; 90+1 - Robert Levandovski, 90+9-pen.
Baş hakim: Xesus Valensuela (Venesuela).
“Əl-Tumama” stadionu.

İngiltərə – Seneqal 3:0
Qol: Cordan Henderson, 38. Harri Keyn, 45+3. Bukayo Saka, 57.
Baş hakim: İvan Barton (Salvador).
“Əl-Bayt” stadionu.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı