4 fevral 2026. Çərşənbə

Sterlinqin Londondakı evi qarət edildi


Sterlinqin Londondakı evi qarət edildi

İngiltərə millisinin hücumçusu Rahim Sterlinq Londondakı evinin qarət edilməsi səbəbindən Qətərdə keçirilən dünya çempionatını yarımçıq qoyaraq ailəsinin yanına qayıdıb.

Corner.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Telegraph” qəzetinin müxbiri Mett Lou məlumat verib.

İngiltərə millisinin mətbuat xidməti dünya çempionatının 1/8 final mərhələsinin seneqallılara qarşı oyunu öncəsi 27 yaşlı futbolçunun ailə səbəbi ilə oyunda iştirak etməyəcəyini bildirib.

Cari dünya çempionatında futbolçu bir qola imza atıb.

“Londondakı evində oğurluğun qurbanı olan Sterlinq İngiltərəyə, ailəsinin yanına qayıtmağa qərar verib. Oğurluq şənbə günü axşam saatlarında baş verib” - Lou bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin İngiltərə - Seneqal matçı başa çatıb. Qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan İngiltərə yığması 1/4 finala yüksələn ikinci komanda olub. Onlar bu raundda Fransa ilə qarşılaşacaqlar.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı