1 oktyabr 2026. Cümə axşamı

Robert Levandovski Peleni keçərək qol sayında 9-cu oldu


Robert Levandovski Peleni keçərək qol sayında 9-cu oldu

Polşa millisinin futbolçusu Robert Levandovski yeni uğura imza atıb.

Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Fransaya 1:3 hesabı ilə uduzduqları oyunda nail olub.

90+9-cu dəqiqədə penaltidən fərqlənən təcrübəli oyunçu yığmadakı qollarının sayını 78-ə çatdırıb. Levandovski milli komandalarda vurulan qol sayında braziliyalı əfsanəvi hücumçu Peleni (77) keçib. O, hazırda iraqlı Husseyn Səidlə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Siyahıya 118 qolla Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu başçılıq edir. İran seçməsinin Azərbaycan əsilli sabiq oyunçusu Əli Daei (109 qol) ikinci, Argentina millisindən Lionel Messi 94 qolla üçüncü yerdədir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər