1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Lionel Messi favoritlərini açıqladı


DÇ-2022: Lionel Messi favoritlərini açıqladı

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.

Corner.az-ın məlumatına görə, PSJ-də çıxış edən 35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.

Argentina millisinin kapitanı bildirib ki, “pentakampeonlar” güclü oyunçulardan formalaşıb: “Kameruna məğlubiyyət istisna olmaqla, Braziliya çox yaxşı futbol oynayır. Onlar ən çox sevilənlərdən biri olmaqda davam edirlər. Həmçinin, topu qəbul edərkən nə etdiklərini çox dəqiq bilən Fransa da güclüdür. Bu iki komandanın şanslarını yüksək hesab edirəm”.

Qeyd edək Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq. Fransa həmin mərhələdə İngiltərəyə rəqib olubsa, Braziliya millisi bu gün 1/8 finalda Cənubi Koreyanı sınağa çəkəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər