1 oktyabr 2026. Cümə axşamı

FİFA uruqvaylı futbolçularla bağlı araşdırmalara başladı


FİFA uruqvaylı futbolçularla bağlı araşdırmalara başladı
FİFA Uruqvay millisinin oyunçuları ilə bağlı araşdırmalara başlayıb. Corner.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, qapıçı Fernando Muslera, müdafiəçilər Xose Mariya Ximenes və Dieqo Qodin, həmçinin hücumçu Edinson Kavaniyə intizam işi açıldığı vurğulanıb. Onlar Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qanaya 2:0 hesabı ilə qalib gəldikləri matçda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışda ittiham olunurlar. Futbolçular epizodların birində almaniyalı referinin penalti təyin etməməsinə sərt reaksiya veriblər.
 
Xatırladaq ki, Uruqvay millisi qrupda qalaraq mundialla vidalaşıb.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər