5 dekabr 2025. Cümə

DÇ-2022: Braziliya və Xorvatiya da 1/4 finalda!


DÇ-2022: Braziliya və Xorvatiya da 1/4 finalda!

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib.İlk yarıda h
esabı yaponlar açsa da, xorvatlar fasilədən az sonra buraxılan qolun cavabını veriblər. Əlavə vaxtda da başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan Xorvatiya yığması adını 1/4 finala yazdırıb. 

Digər görüşdə isə Braziliya Cənubi Koreyanı sınağa çəkib. "Samboçu"lar bu oyunun taleyini elə ilk yarıda vurduqları 4 cavabsız qolla həll ediblər. Koreyalıların ikinci hissədəki yalnız vurulan qollardan birinin qarşılığını versə də bu qol təsəllidən başqa bir işə yaramayıb.

Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaqdı. Beləliklə, Braziliya yığmasının yarımfinala vəsiqə uğrunda rəqibi Xorvatiya millisi olacaq.

Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

DÇ-2022
1/8 final
5 dekabr

Yaponiya - Xorvatiya 1:1 (penaltilər 1:3)
Qol: Dayzen Maeda, 43 - İvan Perişiç, 55.
Baş hakim: İsmail Elfat (Braziliya).
"Əl Cənub" stadionu.

Braziliya - Cənubi Koreya 4:1
Qol: Vinisius Junior, 7. Neymar, 13-pen. Rişarlison, 29. Lukas Paketa, 36 - Payk Sun Ho, 76.
Baş hakim: Kleman Türpen (Fransa).
"974" stadionu.







Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi