1 oktyabr 2026. Cümə axşamı

Cənubi Koreya millisi də baş məşqçisiz qaldı


Cənubi Koreya millisi də baş məşqçisiz qaldı
Cənubi Koreya millisinin baş məşqçisi Paulo Bento DÇ-2022-nin 1/8 finalında Braziliya yığmasına məğlub olduqdan sonra (4:1) karyerasını başa vurduğunu açıqlayıb. Corner.az xəbər verir ki, 2018-ci ildən yığmanı çalışdıran 53 yaşlı portuqaliyalı mütəxəssis istefa qərarını federasiyaya söylədiyini bildirib:
 
“Sadəcə gələcək haqqında düşünmək lazımdır. Bu, Cənubi Koreya millisi ilə bağlı olmayacaq. Mən istefa qərarını oyunçulara və federasiyanın prezidentinə elan etdim. Bu qərarı sentyabrda vermişdim. Futbolçulara təşəkkür edirəm. Onların baş məşqçisi olduğum üçün özümü xoşbəxt hesab edirəm”.
 
DÇ-2022-nin H qrupunda Uruqvayla bərabərə qalan (0:0) Asiya təmsilçisi Qanaya məğlub olsa da (2:3), Portuqaliyaya qalib gələrək (2:1) pley-off mərhələsinə vəsiqə qazana bilib.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər