1 oktyabr 2026. Cümə axşamı

Dani Alves Roberto Karlosu geridə qoydu


Dani Alves Roberto Karlosu geridə qoydu
Dani Alves Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib. Corner.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə matçda 126-cı dəfə “sambaçılar”ın formasını geyinib.
 
4:1 hesabı ilə qalib gəldikləri matçın 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alveş keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. “Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.
 
Dani Alves, həmçinin Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçudur.
 
Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər