1 oktyabr 2026. Cümə axşamı

Eto Qətərdə azarkeşi döydü - VİDEO


Eto Qətərdə azarkeşi döydü - VİDEO
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında xoşagəlməz hadisə yaşanıb. Corner.az xəbər verir ki, qalmaqalın səbəbkarı Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto olub.
 
Hadisə Kamerun millisinin keçmiş hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxt baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs 41 yaşlı Etoya nə isə söz deyib. Elə bundan sonra özündən çıxan Eto həmin şəxsin üstünə hücum edib. Əvvəlcə ətrafdakılar onu itələyən keçmiş futbolçunu sakitləşdirməyə çalışsa da, Eto həmin şəxsin üzünə təpik vurmaqdan da çəkinməyib. Daha sonra Etonun yanındakı şəxslərdən biri zərərçəkmişin kamerasını əlindən alıb.
 
Hadisə dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan (4:1) sonra baş verib.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər