27 mart 2026. Cümə

Mbappe İngiltərəyə qarşı oyunu buraxa bilər


Mbappe İngiltərəyə qarşı oyunu buraxa bilər

Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirəcəkləri 1/4 final oyununu buraxa bilər.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı futbolçu komandasının bugünkü məşqində iştirak etməyib.

Ölkəsinin PSJ-sinxə çıxış edən futbolçu idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək İngiltərə - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Dünya çempionatı