4 fevral 2026. Çərşənbə

DÇ-2022: Mərakeşlə Portuqaliya da 1/4 finalda!


DÇ-2022: Mərakeşlə Portuqaliya da 1/4 finalda!

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olub.

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə münasibətlərinə aydınlıq gətirib. Argentinalı FİFA referisi Fernando Rapallininin idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan mərakeşlilər sürpriz şəkildə 1/4 finala yüksəliblər.

1/8 finalın son görüşündə isə Portuqaliya yığması İsveçrə seçmələrini sınağa çəkib.Meksikalı Sesar Arturo Ramos idarə etdiyi bu matç məhsuldar alınıb. Belə ki, bu görüşün sonunda Portuqaliya yığması qələbəyə sevinən tərəf olub.

Beləliklə, daha əvvəl pley-offa yüksəlmiş Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmalarına Mərakeş və Portuqaliya milliləri də qoşulub.

DÇ-2022
1/8 final
6 dekabr

Mərakeş - İspaniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina).
"Edukeyşn Siti" stadionu.

Portuqaliya - İsveçrə 6:1
Qol: Qonsalo Ramos, 17; 51; 67. Pepe, 33. Rafael Gerreyro, 55. Rafael Leao, 90+2 - Manuel Akanci, 58.
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
"Lusail" stadionu.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı