4 fevral 2026. Çərşənbə

Portuqaliya millisinin futbolçusundan yeni uğur


Portuqaliya millisinin futbolçusundan yeni uğur

Portuqaliya millisinin futbolçusu Qonsalo Ramos dünya çempionatları tarixində yeni nailiyyətlərə imza atıb.

Corner.az-ın məlumatına görə, 21 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri oyunda müvəffəq olub.

DÇ-2022-də ilk het-trikə imza atan Ramos (21 yaş, 169 gün) 1962-ci ildə bunu bacaran macarıstanlı Florian Albertdən (20 yaş, 261 gün - Bolqarıstanla matç) sonra ən gənc ikinci oyunçu adına sahib çıxıb.

Ramuş həmçinin almaniyalı Miroslav Klozenin (2002-ci il: Səudiyyə Ərəbistanı) ardından turnirdəki start heyətində meydana çıxdığı ilk görüşündə üç qol vuran futbolçudur.

Qeyd edək ki, Portuqaliya dekabrın 10-da 1/4 finalda Mərakeş kollektivi ilə üz-üzə gələcək







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı