4 fevral 2026. Çərşənbə

Ronaldo 4 il sonra bu aqibəti yaşadı, Maradonaya çatdı


Ronaldo 4 il sonra bu aqibəti yaşadı, Maradonaya çatdı
Portuqaliya millisinin lideri Kriştiano Ronaldo 2018-ci ildən bəri ilk dəfə böyük turnirlərdə (Avropa və Dünya Çempionatlarının final mərhələlərində) əsas heyətdə yer almadı. Corner.az xəbər verir ki, 37 yaşlı oyunçu Qətərdə keçirilən mundialın İsveçrə ilə 1/8 final matçına ehtiyat oyunçular skamyasında başladı.
 
Dünya mətbuatında isə bunun səbəbi olaraq Ronalodonun baş məşqçi Fernando Santosla münasibətlərinin korlanmasından qaynaqlandığına dair iddialar yayılıb. Lakin baş məşqçi bütün bu xəbərləri təkzib edərək Ronaldo ilə heç bir problemi olmadığını, onun İsveçrə ilə görüşdə sonradan meydana buraxılmasının da taktiki bir gediş olduğunu vurğulayıb.
 
Yeri gəlmişkən, Ronaldo İsveçrə ilə matçın 73-cü dəqiqəsində meydana çıxmaqla argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın nəticəsini təkrarlayıb. O, mundiallarda oyun sayını 21-ə yüksəldib. Beləliklə ulduz oyunçu DÇ-lərdə bu sayda görüşdə forma şansı qazanan Maradonaya, eləcə də Uve Zeeler (AFR) və Vladislav Jmudaya çatıb.
 
Qeyd edək ki, dünya birinciliklərində daha çox oynamış 4 futbolçu var. Lotar Mateus 25, Miroslav Kloze 24, Paolo Maldini və Lionel Messi isə DÇ-lərdə hərəyə 23 matç keçiriblər.
 
Ronaldo Qətərdə keçirilən dünya çempionatında antirekorda da imza atıb. O, bu mundialda ən çox oyundankənar vəziyyətə düşən futbolçudur. 37 yaşlı hücumçu 7 dəfə belə halla üzləşib. Təcrübəli futbolçu son olaraq İsveçrə ilə matçda belə uğursuzluqla üzləşib. O, hətta 83-cü dəqiqədə topu qapıdan keçirsə də, qol hesaba alınmayıb.
 
Bu göstəriciyə görə İspaniya yığmasının futbolçusu Alvaro Morata ikinci sıradadır. 30 yaşlı hücumçu 5 dəfə ofsayda düşüb.
 
Xatırladaq ki, Portuqaliya 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı