27 iyul 2026. Bazar ertəsi

Hazard millidəki karyerasını başa vurdu


Hazard millidəki karyerasını başa vurdu
Madrid “Real”ının yarımmüdafiəçisi Eden Hazard Belçika millisindəki karyerasını başa vurub. Corner.az xəbər verir ki, bu barədə 31 yaşlı vinger “İnstagram” hesabında paylaşım edib.
 
Belçika millisi Qətərdə keçirilən dünya çempionatında F qrupunu 4 xalla, üçüncü pillədə başa vuraraq, mundialla erkən vidalaşıb.
 
Hazard 2008-ci ildən yığma komandanın formasını geyinirdi.
 
Belçika millisi AÇ-2024-ün seçmə mərhələsində Azərbaycanla birlikdə F qrupunda yer alıb.






Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"