30 iyun 2026. Çərşənbə axşamı

FİFA Serbiya və Xorvatiya Futbol Federasiyalarını cərimə etdi


FİFA Serbiya və Xorvatiya Futbol Federasiyalarını cərimə etdi
FİFA Serbiya Futbol İttifaqını cərimələyib. Corner.az xəbər verir ki, buna səbəb Serbiya millisinin Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Braziliyaya 0:2 hesabı ilə uduzduğu oyundan öncə paltardəyişmə otağında üzərində Kosovonun və “Təslim olma” sözlərinin yer aldığı ölkə bayrağını asılması olub.
 
Qarşı tərəfin şikayətindən sonra araşdırmalara başlayan ali futbol qurumu federasiyanı 20 min avro məbləğində cərimələyib. Serbiya Futbol İttifaqı azarkeşlərin tribunada üzərində siyasi şüarlar olan pankart açmasına görə də əlavə 50 min avro cərimələnib.
 
Xatırladaq ki, Serbiya yığması mundialla qrup mərhələsində vidalaşıb. Bu ölkə 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu öz ərazisi kimi görür.
 
Yeri gəlmişkən, UEFA Xorvatiya Futbol Federasiyasını da cərimə edib. Sözügedən ölkədən olan azarkeşlər də DÇ-2022-də Kanada ilə oyun zamanı rəqib qapıçını təhqir etdikləri üçün federasiya 50 min avro ziyana düşüb..






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"