30 iyun 2026. Çərşənbə axşamı

Almaniya yığmasında baş məşqçi ilə bağlı qərar verildi


Almaniya yığmasında baş məşqçi ilə bağlı qərar verildi
Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Hansi Fliklə yollarını ayırmaq fikrində deyil. Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Bernd Neuendorf məlumat verib.
 
O, 57 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini bildirib: “AÇ-2024-ün bizim üçün böyük fürsət olacağı ilə razılaşdıq. Məqsədimiz həmin turnirdə uğura nail olmaqdır. Hansi Flik və onun məşqçi heyətinin bu işdə uğur qazanacağına inanırıq”.
 
Xatırladaq ki, Almaniya yığması Hansi Flikin rəhbərliyi altında DÇ-2022-də qrupdan çıxa bilməyib. Almaniyalı mütəxəssis 2021-ci ildən çalışdırdığı yığmanı indiyə qədər 19 oyuna çıxarıb. Bundestim bu görüşlərdən 11-də qələbə qazanıb, 6 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"