1 oktyabr 2026. Cümə axşamı

Ronaldodan yeni dünya rekordu


Ronaldodan yeni dünya rekordu
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb. Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.
 
Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldo bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.
 
Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.
 
1. Kristiano Ronaldo (Portuqaliya) – 400 (klubda 205, millidə 195)
2. İker Kasilyas (İspaniya) – 360 (193, 167)
3. Canluici Buffon (İtaliya) – 343 (167, 176)
4. Lionel Messi (Argentina) – 339 (170, 169)
5. Serxio Ramos (İspaniya) – 331 (151, 180)
6. Xavi (İspaniya) – 328 (195, 133)
7. Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
8. Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
9. Paolo Maldini (İtaliya) – 301 (175, 126)






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər