4 fevral 2026. Çərşənbə

DÇ-2022: Futbolçuları ən çox qol vuran klublar bilindi


DÇ-2022: Futbolçuları ən çox qol vuran klublar bilindi

Qətərdə keçirilən dünya çempionatının qrup və 1/8 final mərhələlərində futbolçuları ən çox qol vuran klubların siyahısı müəyyənləşib.

Corner.az-ın məlumatına görə, Fransanın PSJ klubunun oyunçuları DÇ-2022-də daha çox fərqləniblər.

Paris təmsilçisinin oyunçuları 10 dəfə rəqib qapılarına yol tapıblar. Kilian Mbappe 5 qolla hazırda mundialın bombardirləri yarışına başçılıq edirsə, Lionel Messi 3, Neymar və Karlos Soler isə 1 dəfə fərqlənib.

Siyahıda ikinci yeri futbolçuları 8 qolla yadda qalan İspaniya “Barselona”sı tutur. İngiltərə təmsilçiləri “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted”in oyunçuları 6, bu ölkənin digər klubu “Tottenhem”, həmçinin İtaliya “Milan”ının üzvləri isə 5 qola seviniblər.

Sıralamada 8-11-ci pillələri futbolçuları 4 dəfə fərqlənən “Atletiko” (İspaniya), “Ayaks” (Niderland), “Benfika” (Portuqaliya) və “Fənərbağça” (Türkiyə) bölüşdürür.

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin oyunları dekabrın 9-10-da keçiriləcək.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı