1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Neymar Peleyə çatdı


DÇ-2022: Neymar Peleyə çatdı
Braziliya millisinin hücumçusu Neymar əfsanəvi futbolçu Pelenin rekordunu təkrarlayıb. Corner.az xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə oyunda fərqlənən 30 yaşlı hücumçu “sambaçılar”ın heyətində 77-ci qoluna imza atıb.
 
O, buna 124-cü matçında nail olub. 1958, 1962 və 1970-ci illərdə dünya çempionu olan Pele isə 92 görüşdə eyni sayda qol vurmuşdu.
 
Dünya çempionatlarında 13-cü oyununda qollarının sayını 8-ə çatdıran Neymar bu göstəriciyə görə isə argentinalı Dieqo Maradona və portuqaliyalı Kristiano Ronaldoya çatıb. Mundiallar tarixinin ən məhsuldar oyunçusu isə aktivində 16 qol olan almaniyalı Miroslav Klozedir.
 
Xatırladaq ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında (2:4) məğlub olan Braziliya millisi DÇ-2022 ilə vidalaşıb.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər