1 oktyabr 2026. Cümə axşamı

Mahir Emreli'nin komanda yoldaşı DÇ-nın rekorduna şərik oldu


Mahir Emreli'nin komanda yoldaşı DÇ-nın rekorduna şərik oldu
Futbol üzrə Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç bir dünya çempionatında penaltilər seriyası zamanı ən çox qurtarışa imza atmaqla rekordu təkrarlayıb. Corner.az xəbər verir ki, 27 yaşlı qolkiper Qətərdə keçirilən mundialın 1/4 final mərhələsində Braziliya ilə görüşdə rəqibin bir zərbəsini dəf edib.
 
Əsas vaxtı heç-heçə (1:1) bitən qarşılaşmanın penaltilər seriyasında komandasının 4:2 hesablı qələbə qazanmasına Rodriqonun zərbəsini qaytarmaqla töhfə verən Livakoviç DÇ-2022-də 4-cü belə uğuruna imza atıb. O, 1/8 finalda Yaponiya ilə oyunun penaltilər seriyasında da 3 seyv etmişdi.
 
Livakoviçə qədər DÇ-1990-da argentinalı Serxio Qoykoçea, DÇ-2018-də isə həmyerlisi Daniel Subaşiç penaltilər seriyaları zamanı 4 seyvlə yadda qalıblar.
 
Xatırladaq ki, Livakoviç Azərbaycan yığmasının yarımmüdafiəçi Mahir Emreli ilə birgə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında forma geyinir.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər