1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!


DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiya ilə üz-üzə gəlib. İngiltərəli FİFA referisi Maykl Oliver idarə etdiyi görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan xorvatlar sürpriz şəkildə Braziliya yığmasını mundialdan kənarlaşdırıb.

Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gəliblər.  İspaniyalı baş hakim Migel Mateu Laosun idarə etdiyi görüşdə 4 qolun qeydə alınıb və qarşılaşmanın əsas  və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti zərbəsini daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi niderlanları mundialdan uzaqlaşdıraraq yarımfinalda Xorvatiya ilə oynamaq hüququ qazanıb.

1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı
1/4 final
9 dekabr

Xorvatiya - Braziliya 1:1 (penaltilər 4:2)
Qol: Bruno Petkoviç, 117 - Neymar, 105+1.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Edukeyşn Siti" stadionu.

Niderland - Argentina 2:2 (penaltilər 3:4)
Qol: Vaut Veqhorst, 83; 90+11 - Nahuel Molina, 35. Lionel Messi, 73-pen.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
"Lusail" stadionu.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər