27 mart 2026. Cümə

DÇ-2022: Reqrari tarixə keçdi, Mərakeş ilkə imza atdı


DÇ-2022: Reqrari tarixə keçdi, Mərakeş ilkə imza atdı
Futbol üzrə Mərakeş milli komandası dünya çempionatları tarixində yarımfinal mərhələsinə vəsiqə qazanan ilk Afrika təmsilçisi olub. Corner.az xəbər verir ki, sözügedən komanda buna Qətərdə keçirilən mundialda nail olub.
 
Mərakeş yığması DÇ-2022-nin 1/4 finalında Portuqaliyanı 1:0 hesabı ilə üstələyib. Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak etsə də, mərhələ adlaya bilməmişdilər.
 
Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi də tarixə düşüb. 47 yaşlı mütəxəssis mundiallar tarixində 1/4 final matçına komanda çıxaran ilk afrikalı mütəxəssis olub. O, həm də yarımfinala komanda çıxaran ilk afrikalı məşqçiyə çevrilib.
 
Xatırladaq ki, Valid Reqraqi avqust ayında Vahid Halilhociçin istefasından sonra Mərakeş yığmasının baş məşqçisi təyin olunmuşdu. Afrikalılar yarımfinalda Fransa - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.






Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"