1 oktyabr 2026. Cümə axşamı

Ronaldo'dan yeni rekord


Ronaldo'dan yeni rekord
Qətərdə təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində baş tutan Mərakeşlə oyun Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Corner.az xəbər verir ki, o, 1/8 finalda İsveçrəni 6:1 hesabıyla məğlub etdikləri oyunda olduğu kimi, Mərakeşlə matçda da sonradan meydana buraxıldı.
 
51-ci dəqiqədə meydana çıxan 37 yaşlı futbolçu, yeni bir rekorda şərik çıxıb. 19 ildir Portuqaliya millisinin uğurları üçün çalışan hücumçu, yığmanın heyətində 196-cı matçını keçirib. Bununla da o, milli forma ilə ən çox oyun keçirmiş Küveyt yığmasının üzvü Badet Əl-Mutavanın rekorduna şərik olub. Ronaldo millidə daha 1 matça çıxacağı halda bütün zamanların ən çox milli matç oynayan futbolçusuna çevriləcək.
 
Xatırladaq ki, Portuqaliya yığması Mərakeşlə oyunda 0:1 hesabıyla uduzaraq DÇ-2022-də mübarizəni dayandırıb. Ronaldo oyundan sonra ağlayıb. Yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib. Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundialı idi






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər