4 fevral 2026. Çərşənbə

DÇ-nın kubokunu Argentinaya verə bilərlər - Pepe


DÇ-nın kubokunu Argentinaya verə bilərlər - Pepe
Futbol üzrə Portuqaliya millisinin müdafiəçisi Pepe Qətərdə təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, 39 yaşlı futbolçu 0:1 hesabıyla uduzduqları matçdan sonra hakimləri və FİFA-nı sərt tənqid edib:
 
“Oyuna sona qədər nəzarət bizdə idi. Gözləmədiyimiz bir anda qol buraxdıq ama bunu deyə bilərəm. Bu oyunu argentinalı bir hakimin idarə etməsini qəbul edə bilmirəm. Ötən gün baş verənlərdən (Argentina – Niderland matçını nəzərdə tutur) sonra bu gün argentinalı hakimlərin Portuqaliyanın oyununu idarə etməzi qəbuledilməzdir. Bu gün gördüklərimə əsasən deyə bilərəm ki, dünya çempionatının kubokunu Argentinaya verə bilərlər.
 
Matçın əlavə vaxtı az idi. Halbuki, rəqib qapıçı daim oyunu gecikdirməklə məşğul idi. Bunun müqabilində hakim cəmi 8 dəqiqə əlaəv etdi. Bu gün futbol oynamaq istəyən tək komanda Portuqaliya yığması idi. Ancaq oynamağa icazə vermədilər. Üzgünük. Dünya çempionatını qazanacaq keyfiyyətə sahib idik. Təəssüf ki, bunu bacarmadıq”.






Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı