11 may 2026. Bazar ertəsi

DÇ-2022: Mərakeş və Fransa yarımfinalda!


DÇ-2022: Mərakeş və Fransa yarımfinalda!

Bu gün Qətərdə təşkil olunan dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşlə münasibətilərinə aydınlıq gətirib. Argentinalı FIFA referisi Fakundo Telyo idarə etdiyi bu matçda Mərakeş yığması minimal hesabla qalib gələrək daha bir sürprizə imza atmaqla yarımfinala adlayıb.

Digər oyunda İngiltərə millisi Fransa ilə üz-üzə gəlib. Baziliyalı Uilton Sampayonun idarə etdiyi bu matçda isə Fransa yığması çətin qələbə qazanaraq yarımfinala yüksəlib.

Xatırladaq ki, 1/4 finalın ötən gün baş tutan oyunlarında Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Dünya çempionatı
1/4 final
10 dekabr

Mərakeş - Portuqaliya 1:0
Qol: Yussuf Ən-Nəsiri, 42.
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu.

İngiltərə - Fransa 1:2
Qol: Harri Keyn, 54-pen - Orelyen Çuameni, 17. Olivye Jiru, 78.
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu.







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı