27 mart 2026. Cümə

DÇ-2022: Harri Keyn Runinin rekordunu təkrarladı


DÇ-2022: Harri Keyn Runinin rekordunu təkrarladı

İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatlarında Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona, Portuqaliya millisinin Kriştiano Ronaldo və Braziliyanıın üzvü Neymarla qollarının sayını bərabərləşdirib.

Corner.az-ın məlumatına görə, 29 yaşlı forvard buna Qətərdə təşkil olunan mundialda Fransaya qarşı keçirdikləri 1/4 final matçında nail olub.

54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Keyn dünya çempionatları tarixində 8-ci qoluna imza atıb. Təcrübəli futbolçu bu göstəriciyə 11-ci oyununda çatıb.

Neymar 13, Maradona 23, Ronaldo isə 25 matça rəqib qapılarına 8 dəfə yol tapıb.

Bundan başqa, millidəki qollarının sayını 53-ə çatdıran Keyn Ueyn Runinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən İngiltərə - Fransa qarşılaşmasında hesab bərabərdir - 1:1.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"