27 iyul 2026. Bazar ertəsi

Rekordun sahibi artıq Uqo Lyoris


Rekordun sahibi artıq Uqo Lyoris

İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa millisinin tarixinə düşüb.

Corner.Az xəbər verir ki, Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.

143-cü dəfə millinin forması ilə çıxış edən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib.

O, həmçinin mundiallarda ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub - 18.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada Fransa millisi 1:0 hesabı ilə öndədir.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"