27 mart 2026. Cümə

FİFA-dan Niderland - Argentina ilə matçı ilə bağlı araşdırma


FİFA-dan Niderland - Argentina ilə matçı ilə bağlı araşdırma
FİFA Qətərdə təşkil olunmuş dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Niderland – Argentina matçında baş verən olaylarla əlaqədar araşdırmalara başlayıb. Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Hər iki komandanın futbolçularının və rəsmilərinin oyundakı gərginliyi artıran davranışları ilə əlaqədar həm Argentina, həm də Niderland futbol federasiyaları əleyhinə araşdırma aparılır. Araşdırmalar nəticəsində hər iki federasiyanın cəzalanması gözlənilir.
 
Xatırladaq ki, Antonio Mateu Laosun idarə etdiyi bu oyunda 17 sarı və 1 qırmızı vərəqə göstərilmişdi. Əsas vaxtı 2:2 hesabıyla bitən matçın yekununda penaltilərlə 4:3 qalib gələn argentinalılar yarımfinala yüksəliblər. Bu komandanı finala vəsiqə uğrunda Xorvatiya ilə oyun gözləyir. Qarşılaşma dekabrın 13-də baş tutacaq.






Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"