11 may 2026. Bazar ertəsi

İngiltərə millisinin baş məşqçisi ilə bağlı qərar verildi


İngiltərə millisinin baş məşqçisi ilə bağlı qərar verildi
Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt istefaya göndərilməyəcək. Corner.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
 
Məlumatda, yığmanın Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırladığı vurğulanıb.
 
Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. 2016-cı ildən milliyə rəhbərlik edən Sautqeytin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.






Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı