15 avqust 2026. Şənbə

DÇ-2022: Argentina - Xorvatiya matçının hakimi bilindi


DÇ-2022: Argentina - Xorvatiya matçının hakimi bilindi
Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina - Xorvatiya matçını hansı hakimin idarə edəcəyi müəyyənləşib. Corner.az xəbər verir ki, FİFA bu matçı İtaliyadan olan Daniele Orsatoya həvalə edib.
 
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Orsatoya həmyerliləri Çiro Karbone və Alessandro Calyatini yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklerindən olsn Məhəmməd Abdulla yerinə yetirəcək.
 
Argentina - Xorvatiya matçı avqustun 13-də “Lusail” stadionunda keçiriləcək. Bu oyunun qalibi mundialın finalında Fransa - Mərakeş cütünün güclüsü ilə üz-üzə gələcək.






Dünya çempionatı