30 iyun 2026. Çərşənbə axşamı

DÇ-2022: Daha bir jurnalist dünyasını dəyişdi


DÇ-2022: Daha bir jurnalist dünyasını dəyişdi
Qətərdə keçirilən dünya çempionatını işıqlandırarkən daha bir jurnalist dünyasını dəyişib. Corner.az xəbər verir ki, fotoqraf Xalid əl-Misslamın ölümü barədə Qətərin “Gulf Times” qəzeti məlumat yayıb.
 
Qətərli Xalid əl-Misslam “Al Kass TV”nin fotomüxbiri idi. Ölümün səbəbi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, dekabrın 9-da Lusaildəki Milli Stadionda Argentina və Niderland milli komandaları arasında keçirilən dünya çempionatının 1/4 final matçında “CBS Sports” şəbəkəsində işləyən amerikalı idman jurnalisti Qrant Uol vəfat edib.
 
Jurnalistin qardaşı sosial şəbəkədə bildirib ki, Qrant mətbuat lojasında huşunu itirib, tibb işçiləri ürək-ağciyər reanimasiyası aparıblar, amma bu onun həyatını xilas etməyib. Futbol icmalçısı dekabrın 10-da səhər saatlarında yerli xəstəxanada dünyasını dəyişib.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"