1 oktyabr 2026. Cümə axşamı

Amerikalı jurnalist Qətərdə qətlə yetirilib?


Amerikalı jurnalist Qətərdə qətlə yetirilib?
Jurnalist Coş Qlansi Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Argentina – Niderland matçı zamanı ölən həmkarı Qrant Vahl haqda açıqlama verib. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın əlavə vaxtında huşunu itirən Vahl xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Çoş hadisənin öz gözü qarşısında baş verdiyini bildirib. O, həmkarının ölüm səbəbini defibrilatorun olmaması ilə əlaqələndirib:
 
“Niyə defibrilator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi.
 
Yataq otaqları, dəbdəbəli VIP otaqları olan ən müasir, milyard dollarlıq stadionda defibrilator əl altında yoxdu. Biz defibrilatorun gətiriləcəyini çox gözlədik, amma tapılması mümkün olmadı”.
 
Qrant Vahlın qardaşı onun səhhətində problem olmadığını bildirib. O, Qətərdə təhdidlər alan qardaşının təbii ölümünə inanmadığını da söyləyib.
 
Jurnalist ABŞ – Uels oyunundan əvvəl üzərində göy qurşağı rənglərində bayraq olan köynək geyindiyi üçün uzun müddət stadiona daxil ola bilməyib.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər