23 noyabr 2024. Şənbə

Dörd il öncə də heç kim finala çıxacağımızı təxmin etmirdi


Dörd il öncə də heç kim finala çıxacağımızı təxmin etmirdi
Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Qətərdə təşkil olunmuş dünya çempionatının yarımfinalında Argentina yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Çox önəmli bir qarşılaşmaya çıxacağıq. Yarımfinala yüksəlməyimiz də Xorvatiya üçün ciddi uğurdur. Amma daha artığına nail olmaq istəyirik. Bu dəfə də finala çıxacağımıza inanırıq. Sabah heç birimiz mübarizədən çəkinməyəcəyik. Gücümüz və istəyimiz var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Hər iki komandadan sağlam, dinamik və centlmencəsinə bir oyun gözləyirəm. Ardıcıl ikinci dəfə dünya çempionatının finalında oynamaq Xorvatiya üçün bütün zamanların ən yaxşı uğuru olacaq”.
 
Daliç Argentina yığması haqqında da danışıb: “Lionel Messinin liderliyində çox ciddi rəqiblə üz-üzəyik. Argentina yığmasını analiz etmişik. Necə oynayacaqlarını bilirik. Oyunçularıma güvənirəm. Onlar mükəmməl xarakterə malikdirlər. Belə olmasaydı, yarımfinala qədər gəlib çıxmazdılar”.
 
Xorvatiyalı mütəxəssis yorğunluqla bağlı sualı belə cavablandırıb: “Son iki oyunumuz əlavə vaxta və penaltilərə qədər uzanıb. Amma yarımfinaldayıqsa, yorğunluqdan bəhs edə bilmərik. Dörd il öncə də heç kim finala çıxacağımızı təxmin etmirdi. İndi də finala dörd namizəd var. Amma onlardan ikisi həlledici oyunda olacaq, biri isə dünya çempionatını qazanacaq”.






Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"