1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Fransa - Mərakeş matçının da hakimi bilindi


DÇ-2022: Fransa - Mərakeş matçının da hakimi bilindi
Qətərdə təşkil olunmuş dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında keçiriləcək ikinci yarımfinal oyununun da hakim təyinatları açıqlanıb. Corner.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qarşılaşmanı Meksika Futbol Federasiyasından olan Sezar Ramos idarə edəcək.
 
Ona yan xətt hakimləri Alberto Morin və Migel Hernandes (hər ikisi Meksika) kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Venesueladan olan Xesus Valensuela yerinə yetirəcək.
 
Xatırladaq ki, dekabrın 14-də baş tutacaq Fransa - Mərakeş matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Sabah baş tutacaq Xorvatiya - Argentina matçında isə italiyalı Daniele Orsato iş başında olacaq.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər