1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Argentina finalda!


DÇ-2022: Argentina finalda!

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçı Argentina – Xorvatiya matçında bəlli olub. Xorvatlar qalib gələcəkləri halda ardıcıl ikinci mundialda həlledici oyunun iştirakçısı olacaqlardı. Dünya çempionatının favoritlərindən olan Argentina yığması  bu görüşdə 3 cavabsız qolla qalib gələrək ilk finalçı olub.

Sabah keçiriləcək ikinci yarımfinal görüşündə Fransa və Mərakeş yığmaları qarşılaşacaqlar.

Dünya çempionatı
Yarımfinal
13 dekabr

Argentina - Xorvatiya 3:0
Qol: Lionel Messi, 34-pen. Xulian Alvares, 39; 69.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Lusail” stadionu.

Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 5. Leandro Paredes, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k),  13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andre Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər