23 noyabr 2024. Şənbə

DÇ-2022: Lionel Messidən yeni rekordlar


DÇ-2022: Lionel Messidən yeni rekordlar
Qətərdə keçirilən dünya çempionatının Xorvatiya ilə yarımfinal oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, o, dünya çempionatlarındakı oyun sayında Almaniya yığmasının sabiq futbolçusu Lotar Matteusa çatıb.
 
35 yaşlı hücumçu bu matça start heyətdə başlayıb və sonadək meydanda qalıb. Təcrübəli forvard dünya çempionatlarında sayca 25-ci görüşün iştirakçısı olub ki, bu da onu rekordçu ilə eyni sıraya yüksəldib. Messi həlledici qarşılaşmada da forma geyinsə, bu göstərici üzrə vahid liderə çevriləcək.
 
Yeri gəlmişkən, Xorvatiya millisinin kapitanı Luka Modriç də oyuna start heyətində başlamaqla, 37 yaşından sonra ardıcıl 6-cı dəfə meydana ilk “11-lik”də çıxan 4-cü futbolçu kimi tarixə düşüb. Daha əvvəl yalnız braziliyalı Nilton Santos, italiyalı Dino Zoff və ingiltərəli Piter Şilton bunu bacarmışdı.
 
Messi bu oyunda qol vurmaqla Argentina millisinin dünya çempionatlarında ən sərrast futbolçusuna da çevrilib. Matçın ilk hissəsində penaltidən dəqiq yararlanan futbolçu ümumilikdə 11-ci qoluna imza atıb. Forvard bu göstərici ilə yığmanın sabiq hücumçusu Qabriel Batistutanı geridə qoyub.
 
Messi dünya çempionatları tarixində də ilkə imza atıb. Belə ki, o, bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub. Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.
 
Xatırladaq ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.






Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"