30 iyun 2026. Çərşənbə axşamı

DÇ-2022: İkinci finalçı Fransa oldu


DÇ-2022: İkinci finalçı Fransa oldu

Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, ikinci finalçının adı Fransa - Mərakeş matçında müəyyənləşib.

Turnirin əsas favoritlərindən olan Fransa yığmasının ardıcıl ikinci dəfə finala yüksəlməyə şansı var idi. Bu mundialın ən sürpriz komandasına çevrilən Mərakeş yığmasının isə yenə böyük sürprizə imza atacağı maraqla gözlənilirdi. Amma Avropa təmsilçisi bu dəfə onlara sürpriz etməyə imkan verməyərək finalda Argentinaya rəqib olub.

Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlmişdi. Beləliklə, dekabrın 18-də baş tutacaq final matçında Fransa və Argentina yığmaları üz-üzə gələcək. Bundan bir gün əvvəl isə üçüncü yer uğrunda oyun keçiriləcək. Həmin oyunda da Mərakeş və Xorvatiya yığmaları qarşılaşacaq.

Dünya çempionatı
Yarımfinal
14 dekabr

Fransa – Mərakeş 2:0
Qol: Teo Hernandes, 5. Randal Kolo Muani, 79. 
Baş hakim: Sezar Ramos (Meksika).
“Əl-Bayt” stadionu.

Fransa: Uqo Lyoris (k), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Mərakeş: Yassin Bunu, Romen Saiss (k), Əşrəf Hakimi, Cavad Əl-Yamik, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf Ən-Nəsiri, Hakim Ziyeş.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"