1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Fransa millisi 84 illik rekordu təkrarladı


DÇ-2022: Fransa millisi 84 illik rekordu təkrarladı

Fransa millisi 84 ildən sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub.

Corner.az-ın məlumatına görə, Didye Deşamın kollektivi Qətərdə baş tutan DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında həlledici görüşə yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.

Fransızlar, eyni zamanda, dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.

Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər